Mərkəzi Bankın valyuta ehtiyatları ilə bağlı nikbin proqnoz
Beynəlxalq Valyuta Fondu (BVF) 2019-2020-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.
BVF-nin Qafqaz və Orta Asiya ölkələri üzrə yenilənmiş regional icmalında dərc olunmuş proqnozlarına görə, 2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları 6 mlrd. dollar təşkil edəcək.
Fond 2020-ci ildə AMB-nin ehtiyatlarının 6,3 mlrd. dollaradək artacağını proqnozlaşdırır.
Hesabata əsasən, 2019-cu ilin yekunları üzrə Mərkəzi Bankın ehtiyatları idxal xərclərini 4,4 ay, 2020-ci ildə isə 4,7 ay ödəmək üçün kifayət edəcək.
29 mart 2019-cu il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 5,78 mlrd. dollar təşkil edir.