Neft və qazdan gəlirimiz 143 milyard dollara yaxınlaşıb
01 aprel 2019-cu il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.
Dövlət Neft Fondundan "BI"yə daxil olmuş məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 140 milyard 450 milyon ABŞ dollarına çatıb.
01.01.2019 - 01.04.2019 tarixlərində isə AÇG yatağından əldə edilmiş gəlirlər 2 milyard 243 milyon ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 91 milyon ABŞ dolları təşkil edib.
Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 milyard 506 milyon ABŞ dollarna çatıb.