Keçmiş icra başçısı azadlığa çıxdı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərova hökm oxunub.
"Businessinsider.az" verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə M.Səfərova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, M.Səfərov R.Bayramovla birgə vətəndaş Fərabi Mənsurun evini dələduzluq yolu ilə ələ keçirərək ona 60 min manat ziyan vurmaqda təqsirləndirilir.
Məhkəmə gedişatında dövlət ittihamçısı çıxış edərək M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəmişdi. Bundan sonra M.Səgərov bir neçə iclasa gəlməyib və məhkəməyə bu barədə rəsmi məlumat verməyib. Buna görə də Münsif Səfərov barəsindəki cinayət işi ayrıca icraata götürülüb və onun barəsində həbsli axtarış qərarı verilmişdi. Daha sonra ələ keçən keçmiş başçı həbs edilmişdi.