MALİYYƏ

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Yaponiya Mərkəzi Bankının aprel ayı üzrə iclası keçirilib.

"BI" Rusiya mətbuatına istinadən xəbər verir ki, iclada uçot dərəcəsinin -0,1% səviyyəsində saxlanılmasına qərar verilib.

Xatırladaq ki, bu faiz Yaponiyada 2016-cı ilin yanvar ayından qüvvədədir və analitiklər hələ ki, onun dəyişdiriləcəyini gözləmirlər.

Tənzimləyici qurum həmçinin Yaponiyanın 10 il müddətində dövriyyəyə buraxılmış dövlət istiqrazları ilə bağlı gəlirlilik hədəfini 0% saxlayıb. Bununla belə, ölkədə iqtisadi aktivlikdən və qiymət səviyyəsindən asılı olaraq sözügedən qiymətli kağızların faizlərinə yenidən baxıla bilər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)