Avtomobil

"Nissan"nın bu markalı avtomobillərində də əyləc problemi var

Yaponiyanın “Nissan” korporasiyası Rusiyada 771 ədəd “Nissan Terrano” avtomobilini geri çağırır.

"Businessinsider.az" xarici KİV-ə istinadən xəbər verir ki, tədbir əyləcdəki mümkün problemlərlə əlaqədardır və 2017-ci ilin iyulundan 2018-ci ilin yanvarına kimi istehsal olunan avtomobillərə aiddir.

Xatırladaq ki, ötən həftənin əvvəlində şirkət dünya üzrə 675 min “X-Trail” markalı avtomobilini elə əyləc sistemindəki problemlərdən dolayı geri çağırdığını açıqladı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)