ENA+

Kürü qalmaqalında ittiham olunan səfirin yerinə - Təyinat

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.

Məlumata görə, yeni səfir Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.

BƏƏ-li rəsmi səfirə fəaliyyətində uğurlar arzu edib.

Qeyd edək ki, bir müddət əvvəl BƏƏ-dəki sabiq səfir Daşqın Şikarovla bağlı mediada ciddi ittiham yer almışdı. Bildirilirdi ki, diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib. 

Hazırda XİN-in rəsmi saytında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə səfiri kimi nə Mahir Əliyevin, nə də Daşqın Şikarovun adı qeyd edilib.

Daşqın Şikarov

© 1news.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)