Avtomobil

Azərbaycanda avtomobil akkumulyatorlarının utilizasiyası təşkil olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiya Parkı (YTP) istifadə olunmuş avtomobil akkumulyatorlarının utilizasiyası üçün lisenziya almağa hazırlaşır. Bu barədə YTP-dən bildirilib.

YTP-dən verilən məlumata görə, hazırda bu proses yekunlaşmaq üzrədir.

“Bu, vaxt tələb edən məsələdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ekoloji pasport, İqtisadiyyat Nazirliyindən isə lisenziya alınmalıdır. Ekoloji pasportun alınması üçün tələb olunan müddətlər var. Hazırda bu proses yekunlaşmaq üzrədir”, - deyə YTP-dən qeyd ediblər.

Yüksək Texnologiya Parkından onu da bildiriblər ki, YTP-nin nəzdində inşası nəzərdə tutulan akkumulyator zavodunun tikintisi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən razılıqlar alınıb və şəhərsalma əsaslandırılması təsdiq olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)