Dövlət Gömrük Komitəsi üç ayda büdcəyə ödənişlərini 40% artırıb
Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 014,070 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 287,080 min manat və ya 39,5% çoxdur.
DGK-dan verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 34 437,3 min manat və ya 17,85% artaraq 227 314,6 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 201,391 min manat və ya 40,4% artaraq 699 856,7 min manat, aksizlər 49 662,9 min manat və ya 2,8 dəfə artaraq 77 073,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 588,8 min manat və ya 19,3% artaraq 9 825,6 min manat təşkil edib.