Azərbaycanın dövlət büdcəsində 404 milyon manatlıq qalıq yaranıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 439,7 milyon manat, xərcləri isə 5 035,9 milyon manat təşkil edib.
"BI" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,2% və 14,2% çoxdur.
Son nəticədə büdcədə 403,8 milyon manatlıq qalıq yaranıb.