MALİYYƏ

Bayraktar: "ABŞ Türkiyəni Qazprombank sanksiyalarından azad etdi"

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Bloomberg-ə verdiyi açıqlamada ABŞ-ın Türkiyəni Qazprombank sanksiyasından azad etdiyini bildirib.

Enerji və Təbii Sərvətlər Nazirliyi və Xarici İşlər Nazirliyində ABŞ-lı həmkarları ilə görüşlərdən sonra Bloomberg-ə danışan nazir Bayraktar Türkiyənin təbii qaz borcunu Qazprombank vasitəsilə ödəməyə davam edə biləcəyini açıqlayıb.

Qazprombank ABŞ-ın sanksiya siyahısına daxil edildikdən sonra Türkiyə israrla azad olunma tələbini bildirib. ABŞ-ın qərarının Türkiyənin Rusiya ilə təbii qaz ticarətinə birbaşa təsir edəcəyinə diqqət çəkən nazir Bayraktar, keçmişdə İrana qarşı sanksiyalar prosesində Türkiyəyə də oxşar istisnanın verildiyini xatırladıb. Bayraktar deyib ki, əgər istisna olmasaydı, bu, Türkiyənin də sanksiyaların hədəfində olması anlamına gələ bilər.

Türkiyə isə Rusiya ilə alternativ həll yolları ilə bağlı danışıqlar aparıb. Noyabrın sonunda Ankaraya gələn Rusiya rəsmiləri və nazirliklərin rəsmiləri mümkün ssenariləri müzakirə ediblər.


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)