Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Azərbaycanda kriptovalyuta əməliyyatlarının həcmi 4,4 mlrd. dollara çatıb | ENA.az
MALİYYƏ

Azərbaycanda kriptovalyuta əməliyyatlarının həcmi 4,4 mlrd. dollara çatıb

Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb.

Azərbaycanda virtual aktivlərin həcmi isə 2023-cü ildə 4,4 milyard dollara bərabər olub. Bura kriptovalyuta ilə aparılan əməliyyatlar daxildir.

Qeyd edək ki, Azərbaycan bu göstərici ilə Yaxın Şərq və Şimali Afrika ölkələri (MENA) sırasında 10-cu olub. Siyahıya 130 mlrd. dollarla Türkiyə başçılıq edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)