Rəsmi

Dövlət və özəl uşaq müəssisələri ilə bağlı - Fərman

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər müəyyənləşdiriləcək.

Bu, Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)