ENA+

"Sberbank" SOCAR-la danışıqların aparılmasını təkzib edib

Rusiyanın "Sberbank"ı ona məxsus olan Antipinskiy Neft Emalı Zavodunda ("New Stream Group") payının satması barədə SOCAR ilə danışıqların aparılmasını təsdiqləməyib.

"BI"nin  "Reuters"ə istinadən verdiyi məlumata görə, daha öncə qrupun əsas kreditoru olan “Sberbank” bildirmişdir ki, “New Stream”in borcları restrukturizasiya etməsini planlaşdırır, öz nümayəndələrini Antipinsk neft emalı zavoduna daxil edib və zavodun kapital dövriyyəsinin artırılması üçün kredit limitlərini təsdiqləyib.

Qeyd edək ki, aprelin əvvəlində SOCAR-ın "New Stream"ın  Antipinskiy neft emalı zavodunu və bir sıra neft yatağını satın ala bilməsi barədə məlumat yayılmışdı. SOCAR neft emalı zavodunu (100%) və ona məxsus olan Orenburq vilayətində yerləşən "Moqutovskoye", "Qremyaçevski" və "Vorontsovsk" neft yataqlarının bir hissəsinə sahib ola biləcəyi barədə deyilirdi. SOCAR "simvolik" məbləği ödəyib və zavodun 3 mlrd. ABŞ dolları məbləğində borcunu öz üzərinə götürərək şirkətin aktivlərinin 100% əldə edəcəyi bildirilirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)