Statuslar

Maraqlı statistikadı...

Vergi sistemində kadr yenilənmələri, qanunvericlik islahatları icimaiyyətə açıqlanan vergi infomasiyalarının artımında da özünü göstərməlidir. 
Məsələn, iri vergi ödəyicilərinin ümumi sayı və onların büdcədə payı nə qədərdir? Vergi Məcəlləsinin 13.2.50-ci maddəsinə görə, iri vergi ödəyici kateqoriyasına daxildir:

1) Əvvəlki 3 ilin hər birində mülkiyyətində olan əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri 2.500.000 manatdan və əvvəlki 3 il üzrə orta illik dövriyyəsi (ƏDV-siz) 1.250.000 manatdan çox olan müəssisələr;

2) Son 3 vergi ili ərzində Məcəllə ilə müəyyən edilmiş bütün vergi və vergi olmayan digər ödənişlərin hesablanmış məbləği hər il üçün 500.000 manatdan çox olan müəssisələr;

3) Milli qanunvericiliyə uyğun olaraq təbii inhisarçılar, bazarda hökmran mövqe tutan subyektlərə aid olunan vergi ödəyiciləri, onların Azərbaycandakı rezident törəmə təsərrüfat cəmiyyətləri.

Eyni zamanda, kiçik və orta sahibkarlıq subyektlərinin ümumi vergi daxilolmalarında və hər bir tədiyə üzrə daxilolmada payı nə qədərdir - niyə bu statistika açıq olmasın ki?

Başqa bir vacib informasiya - hər rübün sonuna həm zərər, həm də mənfəətlə işləyən müəssisələrin sayı, oların vergi hesabatına əsasən iqtisadiyyat üzrə ümumi zərər və mənfəətin həcmidir. Ayrıca götürülmüş bir təşkilata aid məlumat deyil ki, kommersiya sirri sayılsn.

Qeyri-neft sektorunun 10, 50, 100 ən böyük vergi ödəyicisi və onların vergi gəlirlərində payı kimi məlumatlar da ictimaiyyətə açıqlansa, dünya yəqin ki, dağılmayacaq...

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)