160 gəmiçiyə mənzil veriləcək
![](https://ena.az/uploads/news/2018-10/_businessinsider_3cc588c19f53691f6e2a95129_o.jpg)
Bu ilin sonuna qədər Bakıda Gəmi Muzeyi açılacaq.
“Bİ” xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev məlumat verib.
“Paytaxdakı Dövlət Bayrağı Meydanının yaxınlığında Gəmi Muzeyinin açılışını planlaşdırırıq”, - deyə o qeyd edib.
Gəmiçiliyin rəhbəri həmçinin bildirib ki, rəhbərlik etdiyi qurumun 160 illiyi münasibəti ilə həyata keçirilən “160 il - 160 mənzil” layihəsi çərçivəsində növbədə olan 160 gəmiçiyə mənzillər təqdim ediləcək.