İnşaat və əmlak

Azərbaycanda özəlləşdirmədən büdcə daxilolmaları 39 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 95,2 milyon manat vəsait daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,8 % çoxdur.

5 ay ərzində qurum 27 hərrac keçirib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 467 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 246-sı qeyri-yaşayış, 1 748-i torpaq sahələri üzrə olmaqla 1 994 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 13,8 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 23,3 % çox - 22,2 milyon manat vəsait ödənilib.

Beləliklə, yanvar-may aylarında özəlləşdirmə və icarəən büdcəyə ümumilikdə 117,4 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 35,6 % çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)