ING Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
Azərbaycan Mərkəzi Bankı (AMB), proqnozlara görə, 2026-cı il ərzində uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq.
ENA.az xəbər verir ki, Niderlandın ən böyük bank qrupu olan "ING Group"un ekspertləri belə hesab edirlər.
"ING Group" analitiklərinin qiymətləndirmələrinə görə, Azərbaycanın tənzimləyici qurumu uçot dərəcəsini 2027-ci il ərzində dəyişməyərək 6,5 % səviyyəsində saxlaya bilər.
Bununla yanaşı, 2028-ci ildə uçot dərəcəsinin 50 baza bəndi azaldılaraq 6 %-ə endiriləcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, AMB-nin İdarə Heyəti iyunun 24-də keçirilən son iclasında uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Qeyd edək ki, 2025-ci ildə Mərkəzi Bank uçot dərəcəsinə həsr olunmuş 8 iclas keçirib. Onlardan 6-da dərəcə dəyişməyib, 2 dəfə isə dərəcənin azaldılması (hər dəfə 25 baza bəndi) barədə qərar qəbul edilib.
AMB bu il də uçot dərəcəsinə həsr olunmuş 8 iclas keçirəcək. Faiz dəhlizinin parametrləri növbəti dəfə iyulun 31-də nəzərdən keçiriləcək.

















