Pakistan Azərbaycandan şokalad, fındıq və quru xurma almaq istəyir
Azərbaycanda qadın sahibkarların istehsal etdiyi şokalad, fındıq və quru xurmanın Pakistana ixrac edilməsi məqsədi ilə bu ölkənin iş adamları ilə danışıqlar aparılır.
Bu barədə "Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva məlumat verib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı sabah iki ölkənin sahibkarları görüşəcəklər.