Dünya birjalarında neft ucuzlaşır - SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,33 dollar və ya 0,51% azalaraq 64,28 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,30 dollar və ya 0,42% azalaraq 71,43 dollar təşkil edib.