MALİYYƏ

Dövlətə 3 milyon dollar vergi ödədi

Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkəti I rübündə dövlətə 3 mln. dollar məbləğində vergi ödəyib.

Bu barədə şirkətin I rüblə bağlı hesabatında qeyd olunub.

Hesabat dövründə şirkətin xalis nağd vəsaitinin məbləği ilin əvvəli ilə müqayisədə 4,7 mln. dollar artaraq 10,8 mln. dollar təşkil edib.

Xatırladaq ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA - Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)