Avtomobil

2023-də Azərbaycanda 70 mln. dollarlıq - AVTOMOBİL BURAXILACAQ

Azərbaycan 2023-cü ilədək avtomobil nəqliyyatı vasitələrinin istehsal həcminin $70 mln.-dək artacağını proqnozlaşdırır. 

"Businessinsider.az" xəbər verir ki, bu barədə Alman-Azərbaycan Ticarət Palatasının saytında dərc olunmuş “Market Analysis Azerbaijan 2019” hesabatında deyilir.

2019-cu ildə avtomobil sənayesində istehsal $20 mln. səviyyəsində proqnozlaşdırılır.

"Azərbaycanda avtomobil istehsalı 2016-cı ildə dövlət tərəfindən qəbul edilmiş Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi sayəsində tədricən artır. Hökumətin proqnozlarına görə, avtomobil sənayesində istehsal 2019-cu ildə təxminən $20 mln., 2022-ci ildə isə ən azı $70 mln. təşkil edəcək”, - deyə hesabatda qeyd olunur.

Hazırda İran və Rusiya şirkətləri ilə birgə Azərbaycanın regionlarında nəqliyyat vasitələrinin yığılması üzrə layihələr həyata keçirilir. Bundan əlavə, hökumət avtobusların yığılmasını da təşkil etməyi planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)