İpoteka kreditlərinin orta məbləği 50 min manata yaxınlaşıb
Bu ilin fevral ayının yekununda Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 49 500 manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, yanvar ayının yekunu ilə müqayisədə 0,4%, ilin əvvəli ilə müqayisədə 0,8%, ötən il martın 1-nə nisbətən isə 8,3% çoxdur.
İpoteka kreditləri üzrə əsas məbləğlə yanaşı, aylıq ödəniş də artmaqdadır. Fevralın sonuna bu rəqəm 349 manat olub ki, bu da aylıq müqayisədə 0,3%, ilin əvvəlinə nisbətən 0,6%, illik müqayisədə isə 7,1% çoxdur.
Son 1 ildə kreditlərin orta müddəti dəyişməsə də (hazırda 281 aydır), orta illik faiz dərəcəsi illik müqayisədə 0,1 faiz bəndi, ilin əvvəlinə nisbətən və aylıq müqayisədə isə 0,02 faiz bəndi azalaraq 6,53%-ə düşüb.