İnşaat və əmlak

Dəmiryol İdarəsi maşınlarını satır - QİYMƏTLƏR, ŞƏRTLƏR

Əmlak Məsələləri Dövlət Komitəsinin elan etdiyi növbəti hərracda 9 avtomobil də satılacaq. Onlardan 4-ü “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsusdur. 
 

Bİ.az Komitəyə istinadən xəbər verir ki, siyahıda ən ucuz təklif edilən maşın Prezidentinin Xüsusi Tibb Xidmətinin balansında olan “VAZ-11113 Oka”dır 2005-ci ilə aid olan maşının  ilkin satış qiyməti 700 manat müəyyən olunub. 


Hərraca çıxarılan “VAZ-2107” markalı maşın (1995-ci il) isə 800 manata təklif edilir. 2006-cı ildə istehsal edilən “QAZ-31105” isə 1200 manat ilkin satış qiyməti ilə satılır. Hazırda maşın “Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır. 


Qeyd edək ki, siyahıda 1700 manata, 2300 manata, 5 000 manata, 7 000 manata satılan maşınlar da var. Hərracın ən bahalı avtomobili isə “BMW 530i”dir. 2006-cı ilə aid olan maşının ilkin satış qiyməti   15 min manat müəyyən edilib. “Rexton RX270” markalı maşın isə 14 min manata satılır. 


Xatırladaq ki, maşınları almaq istəyən vətəndaşlar onların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəyərək hərraca qatıla bilərlər. Sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Maşınlar  barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. 


Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:


1.     Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
2.     Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department