ENA+

Qazaxıstan Prezidenti növbədənkənar seçkilərin tarixini açıqladı

Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.

Bu barədə respublikanın hazırkı rəhbəri Kasım-Jomart Tokayev bildirib.

"Konstitusiyaya əsasən, Qazaxıstan Respublikasının növbədənkənar prezident seçkilərinin iyunun 9-da keçirilməsi barədə qərar qəbul etmişəm", - K.-J.Tokayev telemüraciətində deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)