Yeni yol salınacaq - Pul ayrıldı
Prezident İlham Əliyev Göyçayda yol tikintisinə pul ayrılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Kürd–Şəhadət–Qarabağlar–İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.