Rəsmi

Daha bir rayonun icra başçısı vəzifəsindən azad edildi

Prezident İlham Əliyev "M.B.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.

"Businessinsider.az" xəbər verir ki, Sərəncama əsasən, Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, "N.M.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında" da Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)