MALİYYƏ

Əli Məsimli: “Hesablama Palatası korrupsiyaya qarşı fəaliyyətini bərpa etsə yaxşı olar”

“Azərbaycanda ən çox korrupsiyalaşmış sahələrdə yoxlamalar aparılmalıdır”.

BI” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatın parlamentdə təqdimatı zamanı bildirib.

“Mətbuat həmin sahələr barədə yazır və faktlar ortaya çıxarır. Hesablama Palatası bu istiqamətdə - korrupsiyaya qarşı fəaliyytini bərpa etsə yaxşı olar. Bu qurum haqqında yeni qanun onun məsuliyyətini artırır və vəzifələrini genişləndirir”, - o qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)