Bir sıra şəhərlərin baş planları təsdiqləndi - QƏRAR
Nazirlər Kabineti bir sıra şəhərlərin 2034-2036-cı ilə qədərki dövrdə inkişafına dair baş planlarını təsdiqləyib.
"BI" xəbər verir ki, müvafiq qərarları baş nazir Novruz Məmmədovimzalayıb.
Qərarlara əsasən Masallı şəhərinin 2034-cü ilə qədərki baş planı, Şəmkir şəhərinin 2035-ci ilə qədərki baş planı, habelə Xaçmaz şəhərinin 2035-ci ilə qədərki, Tovuz şəhərinin 2036-cı ilə qədərki, Göygöl şəhərinin 2033-cü ilə qədərki, Salyan şəhərinin 2035-ci ilə qədərki baş planları təsdiqlənib.