Məhkəmə hakimlərinin maaşları artırılacaq
Azərbaycanda məhkəmə hakiminin maddi təminatı əhəmiyyətli dərəcədə artırılacaq.
"BI"məlumatına görə, bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.
Fərmanda qeyd edilib ki, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatı əhəmiyyətli dərəcədə artırılmalıdır.