Kreditinə kompensasiyasının düzgün hesablanmadığını düşünən şəxs nə etməlidir?
Problemli kreditlərin həlli ilə bağlı sistem təqdim olunduqdan sonra bir sıra vətəndaş ödənişlərin düzgün aparılmamasından şikayət edir.
Belə ki, onlardan bəziləri faiz və dəbbə pulunun ümumi məbləğdən ümumiyyətlə çıxılmadığını, digərləri ümumiyyətlə hesablamalarda yanlışlıqlara yol verildiyini, bəziləri isə cari problemsiz kredit borclarının da kompensasiya məbləğindən çıxıldığını iddia edir.
"Businessinsider.az" xəbər verir ki, bu barədə hüquqşünas-ekspert Pərviz Məmmədov bunu şərh edib.
Eləcə də bax: Problemli kreditlərlə bağlı ən çox verilən - SUALLARIN CAVABLARI
Bildirib ki, ödənişlərdən vətəndaşın cari problemsiz kredit məbləğinin çıxılması fərmanın mahiyyətinə uyğun deyil. Fikrini davam ekspert fəmanın ikinci bəndinə əsasən edilən ödənişin ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğin isə həmin fiziki şəxslərin sərəncamına verilməli olduğunu vurğulayıb.
“Fərmana və mexanizmə əsasən ödəniş fiziki şəxslərin ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməlidir. Yəni burada hər hansı cari problemsiz kredit ilə bağlı ödəniş nəzərdə tutulmayıb və vətəndaşın həmin borcunun kompensasiya məbləğindən çıxılması Fərmanın mahiyyətinə də uyğun gəlmir. Vətəndaşın hazırda hər hansı banka kredit borcu varsa və o, bu borcu vaxtlı-vaxtında ödəyirsə, Mülki Məcəlləyə əsasən vaxtı çatmamış öhdəliyi icra etmək ancaq həmin şəxsin iradəsindən asılı olmalıdır”.
Əgər vətəndaşın kompensasiyanın hesablanmasında yanlışlıqlara yol verilməsi ilə bağlı sualı varsa, o, ilk növbədə ödənişlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) müraciət etməlidir. Belə ki, problemli kreditlərin həlli ilə bağlı dünən açıqlanan qaydalara əsasən Palatada komissiya fəaliyyət göstərəcək. Sual doğuran məsələlər üzrə vətəndaşlar ora müraciət etməlidirlər. Həmçinin, komissiya ilə bərabər Apellyasiya Şurası da fəaliyyət göstərəcək. Komissiyanın qərarını yanlış sayan şəxslər Apellyasiya Şurasına da müraciət edə bilərlər. Yox əgər vətəndaşlar burada da suallarına cavab tapa bilməzlərsə, bu halda məhkəməyə müraciət edə bilərlər.