Neft bahalaşır

Dünya birjalarında neftin qiyməti artıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,19 dollar və ya 0,30% artaraq 62,77 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,34 dollar və ya 0,49% artaraq 69,71 dollar təşkil edib.