“AXA MBASK” zərərdən cüzi mənfəətə çıxıb - HESABAT
“AXA MBASK” Sığorta Şirkəti ASC 2018-ci ili 95 min manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurum 2017-ci ildən 368 min manat zərərlə çıxmışdı.
“BI” xəbər verir ki, ötən il “AXA MBASK”ın gəlirləri 23,558 milyon manat, xərcləri 23,44 milyon manat, mənfəət vergisi ödəmələri isə 24 min manat təşkil edib.
Bu il yanvarın 1-nə şirkətin aktivləri 35,865 milyon manat olub ki, bu da illik müqayisədə 6,2% çoxdur. 2018-ci ildə “AXA MBASK”ın öhdəlikləri 14,5% azalaraq 12,967 milyon manata düşüb, balans kapitalı isə 23,1% artaraq 22,898 milyon manat, o cümlədən nizamnamə kapitalı 21,3% artaraq 23,934 milyon manat çatıb.