Birja

Neft bahalaşır - SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti artıb.

"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,50 dollar və ya 0,51% artaraq 59,60 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,27 dollar və ya 0,40% artaraq 68,09 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department