Rəsmi

Prezidentdən “Diqlas”dakı yanğınla bağlı - TAPŞIRIQLAR

"Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilir.

"Businessinsider.az" xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyin Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edir.

Eləcə də bax: Dəyən ziyana görə satıcılara kompensasiya ödəniləcək - Rəsmilərlə görüş

A. Qasımov çıxış edərək deyib ki, müraciətlər dövlət başçısına çatdırıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib.

H. Mövsümov çıxış edərək deyib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)