"Günay Sığorta"nın mənfəəti azalıb
Günay Sığorta” şirkəti 2018-ci ili 57 min manat xalis mənfəətlə başa vurub. Halbuki şirkət 2017-cı ildən 96 min manat mənfəətlə çıxmışdı.
“BI” xəbər verir ki, ötən il “Günay Sığorta”nın gəlirləri 8,44 milyon manat, xərcləri 8,379 milyon manat, mənfəət vergisi ödəmələri isə 4 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Günay Sığorta”nın aktivləri 12,758 milyon manat olub ki, bu da illik müqayisədə 11,1% azdır. 2018-ci ildə şirkətin öhdəlikləri 25,3% azalaraq 4,868 milyon manata düşüb, balans kapitalı isə 0,7% artaraq 7,89 milyon manata çatıb.