Dünya birjalarında neft ucuzlaşır - SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,18 dollar və ya 0,30% azalaraq 58,86 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,10 dollar və ya 0,15% azalaraq 66,93 dollar təşkil edib.