Azərbaycanda bankın rəhbərliyi dəyişir - TOPLANTI
Aprelin 30-da, saat 11:00-da “Bank VTB Azərbaycan” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bu barədə "BI"yə Bankdan bildirilib.
Məlumata görə, yığıncaq “Bank VTB Azərbaycan”ın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında (Messenat Plaza) yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə Bankın ötənilki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsinə dair təkliflərə baxılması, əqdlərinin razılaşdırılması, Müşahidə Şurasının tərkibinin nəzərdən keçirilməsi məsələləri daxildir.