Neft ucuzlaşır - SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,25 dollar və ya 0,43% azalaraq 58,27 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,17 dollar və ya 0,25% azalaraq 66,99 dollar təşkil edib.