SOCAR "Hafka"nı məhkəməyə verdi
Azərbaycan Dövlət Neft Şirkəti keçmiş tərəfdaşını məhkəməyə verib. "BI"nin verdiyi xəbərə görə, uzun müddət bir yerdə meqalayihələr həyata keçirən şirkətlər sonra anlaşa bilməyiblər.
SOCAR iddia qaldırıraraq "BAGHLAN GROUP" FZCO-nun öhdəlikləri yerinə yetirmədiyini bildirib. Məhkəməyə daxil olan ərizədə cavabdeh daha da dəqiqləşdirilərək “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədova məxsus holdinqin Azad zona şirkətinin Azərbaycandakı filialı tanınıb.
Neft Şirkəti görüləcək xidmət üçün “Hafka”nın şirkətinə ödənilən pulun qarşılığında filialın müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini iddia edib.
İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə baxılacaq.