Gündəm

Ələt Azad İqtisadi Zonasında yeni hava limanı istifadəyə veriləcək

Gələn ilin ortalarından Ələt Azad İqtisadi Zonasının tərkibində müasir beynəlxalq hava limanı fəaliyyətə başlayacaq.

ENA.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda çıxışında deyib.

O qeyd edib ki, Zona dəmir yolu bağlantısına da malikdir:

“Mərkəzi Asiyadan, Çindən Qərbə, Qara dəniz regionuna, Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə daşınan yüklər üçün bu ərazi mühüm qovşaq rolunu oynayır. Ələt həm də Şərq–Qərb əlaqələrini təmin edən Orta Dəhlizin təbii nəqliyyat qovşağıdır. Biz Orta Dəhliz dedikdə Şərq–Qərb bağlantısını nəzərdə tuturuq. Eyni zamanda, Azərbaycan Şimal–Cənub Nəqliyyat Dəhlizinin də əsas iştirakçılarındandır. Azərbaycan dünyada həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir və bu amil də öz növbəsində mühüm iqtisadi üstünlüklər yaradır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)