Gündəm

Tramp Netanyahunu İsraili İrana qarşı tək qoymaqla hədələyib

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu ölkəsini İrana qarşı tək qoymaqla hədələyib.

Bu barədə ABŞ Prezidenti İsrailin "12-ci kanal"ına müsahibəsində bildirib.

"Onlar [iranlılar] hücumları dayandırmaq tələbini İsrailə çatdırmaq xahişi ilə bizə müraciət etdilər. Mən Bibi (Binyamin Netanyahu - red.) ilə əlaqə saxladım və atəşkəsə nail oldum. Mən ona dedim: "Bibi, sən öz hərəkətlərində son dərəcə ehtiyatlı olmalısan, çünki yaxın vaxtlarda İranla tək qalmaq riski ilə üzləşə bilərsən", - Tramp bildirib.

O aydınlaşdırıb ki, beş ölkə Netanyahuya təzyiq göstərmək xahişi ilə ona müraciət edib. Ağ Evin rəhbəri həmçinin qeyd edib ki, İsrailə zərbə endirməkdən çəkinmək öhdəliyini ilk olaraq İran öz üzərinə götürüb. O, Tehranla əldə olunmuş razılaşmalara dəyişməz sadiqliyini vurğulayaraq İran tərəfinin "razılaşmanın bağlanmasında maraqlı olduğunu" əlavə edib.

Ötən gün məlum olub ki, Netanyahu və Tramp telefonla Yaxın Şərqdə münaqişənin eskalasiyasını müzakirə ediblər. Buna səbəb iyunun 8-nə keçən gecə İranın İsrailə raket zərbəsi endirməsi və bunu İsrail Müdafiə Qüvvələrinin (İMQ) Livanın radikal "Hizbullah" hərəkatına qarşı davam edən əməliyyatı ilə əsaslandırması olub. Buna cavab olaraq İMQ İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə zərbə endirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)