Bank

Daha 2 bank müvəkkil bank olub

 “Azərbaycan Beynəlxalq Bankı” və “Bank Respublika” ASC-lər İpoteka və Kredit Zəmanət Fondunun kredit zəmanət fəaliyyəti üzrə müvəkkil bankı olub.

Bİ.az Bu barədə Fonda istinadən xəbər verir.

Bununla da, qurumun kredit zəmanət fəaliyyəti üzrə müvəkkil banklarının sayı 12-yə çatıb. Digər 10 bank “Azərbaycan Sənaye Bankı”, “Express Bank”, “Kapital Bank”, “Muğan Bank”, “NBC Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Turan Bank”, “Unibank” və “Zıraat Bank Azərbaycan” ASC-lərdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)