MALİYYƏ

“AzerGold” 4 ayda 79 milyon dollarlıq ixrac həyata keçirib

Bu ilin yanvar-aprel aylarında "AzerGold" QSC 79,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

ENA.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın may buraxılışına istinadən xəbər verir.

Bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 10,7 milyon ABŞ dolları və ya 15,6 % çoxdur.

Ötən ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 13 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)