Sənaye

İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalır

Bu ilin yanvar-aprel aylarında Azərbaycan İtaliyaya 4 milyon 766 min 277,87 ton xam neft ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu miqdarda məhsulun dəyəri 2 milyard 531 milyon 469,10 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 4 ayı ilə müqayisədə 8,6 %dəyəri isə 3,4 % çoxdur.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 60,15 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları olan 7 milyon 923 min 086,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)