Azərbaycanlı investorların xarici qiymətli kağızlara marağı artıb
Azərbaycan vətəndaşlarının xarici bazarda qiymətli kağızlar almasına marağı artıb.
ABB İnvest-in İdarə Heyətinin sədri Nadir Babazadə sözlərinə görə, qurum vasitəsilə fiziki şəxslərin alışları 2025-ci ildə 10 faiz artıb, hüquqi şəxslərin əməliyyatları isə stabil qalıb.
ABB Invest vasitəsilə alınmış xarici qiymətli kağızlar üzrə fiziki şəxslərin portfeli 80 milyon dollar, hüquqi şəxslərin portfeli isə 380 milyon dollar təşkil edir.
2024-cü illə müqayisədə 2025-ci ildə korporativ şəxslərin portfelində azalma müşahidə olunub.


















