Bank

Rusiyanın ən böyük bankı 365 min dollar xərcləyəcək

“Sberbank” korporativ müştərilərinin xidmətin keyfiyyəti ilə bağlı fikrini öyrənəcək. Marketinq araşdırmasının üç komplekti üzrə şirkət 24 000 000 (red-365 000 dollar.) rublunu xərcləyəcək.

Kompaniyanın təkliflər sorğusunda 2017 və 2018-ci ildə kvalifikasiya seçimi və bankın əlavə akkreditasiyasından keçən şirkətlər iştirak edə biləcək.

Bİ.az xəbər verir ki, bank üçün marketinq araşdırmasını apara biləcək şirkətlər arasında GFK, “Ipsos Comcon” və “Romir” var.

Bank – Müştəri əsas araşdırma şirkətlərinin tədqiqat, araşdırma üçün təklif olunan metodologiya və komanda qrupunun bu işdə təcrübəsi ilə tanış olacaq.

Adıçəkilən tender noyabrın 30-da baş tutacaq.

 

@facemark

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)