Avtomobil

Avtomobillər ölkədən müddətsiz çıxarıla bilər - CƏRİMƏ LƏĞV OLUNUR

Dövlət Gömrük Komitəsində Azərbaycandan çıxarılan nəqliyyat vasitələrinin 2 il müddətində geri qaytarılmaması ilə bağlı avtomobilin dəyərinin 50-100%-i qədər tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.

"BI"nin məlumatına görə, bu barədə Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov Şəkidə jurnalistlər üçün təşkil edilmiş təlimdə deyib.

Onun sözlərinə görə, qurum humanistlik nümayiş etdirərək bu cərimənin aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi məqsədi ilə hökumətə müraciət edib: “Bu il bu məsələnin həllini tapması gözlənilir. Təklif olunan yeni qaydada nəqliyyat vasitələrinin ölkədən müddətsiz çıxarılması nəzərdə tutulub”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)