Sosial iqtisadiyyat

Azərbaycanda icarəyə verənlərin birlik və assosiasiyaları yaradıla bilər

Azərbaycanda icarəyə verənlər fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin birgə təmsil edilməsi və müdafiəsi məqsədilə birliklər və assosiasiyalar yarada bilərlər.

ENA.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Maliyyə icarəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, icarəyə verənlər rəqabətin məhdudlaşdırılmasına və bazarın inhisarlaşmasına istiqamətlənən sazişlər bağlamaq və razılaşdırılmış əməliyyatlar aparmaq üçün birlik və assosiasiyalardan istifadə edə bilməz. Birlik və assosiasiyalar öz fəaliyyətini həyata keçirərkən rəqabət qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)