Bank

55 manatla PAŞABank-ın səhmdarı ola bilərsiniz

PAŞABank yeni səhm buraxılışına start verir. Bankın səhmlərini əldə etmək istəyənlər üçün minimum məbləğ 55 manat təşkil edir.

Bankdan bildirilib ki, bu addım kapital ehtiyacından deyil, daha çox korporativ idarəetmənin inkişafı və korporativləşmə istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

PAŞABankın İdarə Heyətinin üzvü Murad Süleymanovun sözlərinə görə, ümumilikdə 932 926 ədəd səhm satışa çıxarılacaq. Səhmlər geniş investisiya imkanları təqdim edən xüsusi ticarət platforması üzərindən təklif olunacaq.

Qeyd edək ki, səhm satışına bu gündən etibarən start verilir və proses mayın 12-dək davam edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)