Dünya birjalarında - NEFTİN QİYMƏTİ

Businessinsider.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,24 dollar və ya 0,42% artaraq 57,11 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,14 dollar və ya 0,21% artaraq 66,81 dollar təşkil edib.